Menu

“Cənub Qaz Dəhlizi “Türk axını”ndan daha prioritetdir”

13.05.2015, 17:28
“Cənub Qaz Dəhlizi “Türk axını”ndan daha prioritetdir”

“Avropa İttifaqı qaz marşrutlarının diversifikasiyasında maraqlıdır”

Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı üçün prioritetdir.

Bu barədə “APA-Economics”ə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

“Avropa İttifaqı qaz marşrutlarının diversifikasiyasında maraqlıdır. “Türk axını” layihəsi də yeni mənbədən qaz təchizatını nəzərdə tutur. Lakin Cənub Qaz Dəhlizi bizim üçün daha prioritet layihədir”, - deyə M. Mard qeyd edib.

Diplomat qeyd edib ki, Avropa İttifaqı üçün enerjidən səmərəli istifadə də olduqca əhəmiyyətlidir.

M. Mard əlavə edib ki, Azərbaycanla Avropa İttifaqı alternativ enerji sahəsində də səmərəli əməkdaşlıq edə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol