Menu

Türk qırıcıları təyyarə vurdu

16.05.2015, 19:23
Türk qırıcıları təyyarə vurdu

Hadisə şahidləri deyir ki, vurulan təyyarə ən az 3 hissəyə bölünüb

Türkiyə Silahlı Qüvvələri Suriya təyyarəsini vurub. Anspress-in məlumatına görə, Suriyadan Türkiyə ərazisinə keçən təyyarəni Adanadan təcili şəkildə hava qaldırılan F16 qırıcıları iki raket atəşi açıb.

Açılan atəşdən sonra böyük partlayış olub. Təyyarənin Türkiyə ərazisinə düşdüyü iddia edilir. Hadisə şahidlərinin sözlərinə görə, vurulan təyyarə ən az 3 hissəyə bölünüb. Onların sözlərinə görə, təyyarə iki dəfə Türkiyə sərhədlərini pozduqdan sonra Türkiyə qırıcıları atəş açdı.

Türkiyə Silahlı Qüvvələrinin rəsmiləri təyyarənin vurulmasını təsdiqləyiblər. Bildirilir ki, hazırda bölgədə araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol