Menu

İŞİD 2 gündə 500 nəfəri edam edib

17.05.2015, 19:25
İŞİD 2 gündə 500 nəfəri edam edib

İŞİD terror qruplaşmasının silahlıları Bağdad şəhərinin 118 km-də yerləşən Ramadi şəhərində 2 gündə 503-dən çox insanı edam ediblər. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə əl-Anbar əyaləti başçısının müavini Faleh əl-İsavi bildirib.

Öldürülənlərin yarısı qadınlar və uşaqlardır. Yerli hökumətin təmsilçisi həmçinin, İŞİD-ə qarşı ordunun, polis və könüllü birləşmələrin iştirakı ilə geniş miqyaslı hərbi əməliyyata başlandığını deyib.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məlumatına görə, hazırda İŞİD sıralarında 30 min nəfər döyüşür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol