Menu

"Hələ də gec deyil..." – Netenyahu

18.05.2015, 20:01

141119000244_netanyahu_jerusalem_624x351_getty“Biz bu anlaşmanın əleyhinəyik, bu anlaşmanın ziddinə olan tək biz deyilik. Bu anlaşmanın qarşısını almaq, yaxud onu təxirə salmaq hələ də gec deyil.” SalamNews –un "FransPress"-ə istinadla verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netenyahu Təl-Əvivdəki toplantıların birində çıxışı zamanı deyib.

Qeyd edək ki, son günlərdə İsrail mətbuatında İran-"altılıq" nüvə anlaşmasının artıq baş tutacağı və bunun qarşısının alınmasının qeyri-mümkün olması barədə fikir formalaşıb. Benyamin Netenyahu bu məsələdən narahat olaraq, israilliləri İran ünvə anlaşmasının baş tutmamasından ümidsiz olmamağa çağırıb.

Ekspertlər bildirir ki, İsrail də İran nüvə anlaşmasından narahat olan körfəzdəki ərəb ölkələri kimi ABŞ-dan buna görə bəzi imtiyazlar əldə etmək niyyətindədir. Belə ki, nüvə anlaşmasının yekunlaşacağı təqdirdə ABŞ İsrailin narazı qalmaması üçün bu ölkəyə yeni "F-35" qırıcıları verəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol