Menu

Erməni güləşçilər Bakıya gəlir

21.05.2015, 16:11
Erməni güləşçilər Bakıya gəlir

Ermənistanın sərbəst güləş üzrə yığması iyunun 6-da ölkəmizə səfər edəcək

Ermənistanın sərbəst güləş üzrə yığması Bakıya gələcək. Anspress-in məlumatına görə, erməni idmançılar iyunun 6-da ölkəmizə səfər edəcəklər. Ermənistan sərbəst güləş üzrə yığmasının baş məşqçisi Araik Baqdadyan bu barədə mətbuata açıqlamsında deyib.

I Avropa Oyunlarında Ermənistanı Qarik Barseqyan (57 kq), Volodya Franqulyan (61 kq), David Safaryan (66 kq), Qriqor Qriqoryan (74 kq), Musa Murtazaliev (86 kq) və Levan Berianidze (125 kq) təmsil edəcək.

Qeyd edək ki, bundan öncə Bakıya gələcək erməni boksçuların və cüdoçuların gələcəyi açıqlanmışdı. 12-28 iyun tarixlərində keçiriləcək Avropa Oyunlarının proqramına 16 olimpiya və 4 qeyri-olimpiya idman növü daxil edilib. Ermənistan 6 növ - boks, tekvando, cüdo, güləş, sambo və atəş növləri üzrə yarışlara qatılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol