Menu

"Ukrayna böhranı 6 şərq ölkəsi ilə tərəfdaşlığı daha vacib edib" - Merkel

21.05.2015, 18:04
"Ukrayna böhranı 6 şərq ölkəsi ilə tərəfdaşlığı daha vacib edib" - Merkel

Ukrayna böhranı Avropa Birliyinin 6 şərq ölkəsi ilə tərəfdaşlığını indi daha vacib edib.

O bunu Riqada keçirilən “Şərq tərəfdaşlığı” sammitinə yollanmazdan əvvəl ölkə parlamentində çıxışında deyib.

Bu proqrama Azərbaycan , Ermənistan, Gürcüstan, Belarus, Moldova və Ukrayna daxildir.

Məqsəd bu ölkələrin Avropaya inteqrasiyasını daha da dərinləşdirməkdir.

Tərəfdaşlığın Avropa Birliyi ilə Rusiya arasındakı rəqabəti daha da artıra bilməsilə bağlı narahatlığa gəldikdə Merkel deyib ki, “Şərq tərəfdaşlığı” Avropa Birliyinin genişləndirilməsində vasitə deyil.

O həmçinin bir daha qeyd edib ki, bu tərəfdaşlıq heç kimə, xüsusilə də Rusiyaya qarşı yönəlməyib. /"Azadlıq" radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol