Menu

İlham Əliyev Efiopiya Prezidentini təbrik edib

27.05.2015, 19:59
İlham Əliyev Efiopiya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşomeyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Efiopiya xalqına sülh və tərəqqi diləyirəm".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol