Menu

“Əl-Qaidə” Dəməşqi ələ keçirməyə hazırdır

28.05.2015, 08:49
“Əl-Qaidə” Dəməşqi ələ keçirməyə hazırdır

“Əl Qaidə”nin Suriyadakı qolu sayılan “ən-Nusra Cəbhəsi” paytaxt Dəməşqi ələ keçirməyə hazır olduğunu bildirib. APA-nın “France 24” telekanalına istinadən verdiyi məlumata görə, bunu qruplaşmanın lideri Əbu Məhəmməd əl-Qolani bəyan edib.

“Dəməşq hədəfimizdə qalmaqdadır. Biz Bəşər Əsəd rejimini məhv etmək əzmindəyik”, deyə əl-Qolani bildirib.

O, həmçinin Suriya prezidenti Bəşər Əsədin tərəfdarlarını özlərinin təhlükəsizliyi barədə düşünməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol