Menu

Nemtsovun qətli zamanı istifadə olunan tapança tapıldı

29.05.2015, 11:48

nemtsov_2Rusiyalı siyasətçi Boris Nemtsovun qətli zamanı istifadə olunduğu güman edilən tapança tapılıb. APA-nın “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, tapança “Şimal” xüsusi batalyonun sabiq döyüşçüsü Zaur Dadayevin anasının evində axtarış aparılan zaman üzə çıxıb.

Tapança ballistik ekspertizaya göndərilib. Ekspertiza zamanı “Makarov” tapançasının 5 ədəd 9x18 kalibrli gülləsi yoxlanılacaq. Nemtsovun eyni tip silahdan qətlə yetirildiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol