Sabah keçiriləcək parlament seçkisi ilə əlaqədar Türkiyədə sükut günü başlayıb. Anspress-in məlumatına görə, Radio Televiziya Ali Şurası (RTÜK) bu barədə Ali Seçki Qurumunun (YSK) qərarını açıqlayıb. YSK-nın 4 mart 2015-ci ildə qəbul etdiyi qərara əsasən dünən gecə saat 24.00-dan etibarən siyasi reklamların yayımı dayandırılıb:
“Siyasi partiyalar və namizədlər səs vermə günündən əvvəlki 24 saata qədər olan müddətdə radio və televiziya ilə yanaşı debat, müsahibə və s. proqramlarda iştirak edərək öz fikirlərini açıqlaya biləcək. KİV-lər seçkinin başlanğıc tarixi olan 10 martdan səs vermə günündən əvvəlki son 24 saata qədər (5 iyun 2015 saat 24.00) olan müddətdə reklam yayımlaya biləcək. Mitinq yayımları 6 iyun şənbə günü saat 18.00-ə qədər nümayş oluna biləcək.
Yayım yasağı 5 iyun 2015-ci il saat 24.00-dən başlayacaq və səs vermə günü 7 iyun 2015-ci il tarixdə YSK tərəfindən veriləcək iznə qədər davam edəcək. Bu müddət ərzində televiziya və radio ilə hər cür yayım orqanları tərəfindən siyasi reklam və seçki nəticələrinə dair xəbər, təxmin və şərh də bu yasaq çərçivəsindədir. Mitinq yayımları isə 6 iyun 2015-ci il tarixi saat 18.00-ə qədər aparıla biləcək.” – deyə YSK-nın açıqlamasında bildirilir.
Qeyd edək ki, sabah Türkiyədə parlament seçkisi keçiriləcək. Seçkidə 20 siyasi partiyanın iştirak etməsi gözlənilir. Bununla yanaşı 3 partiyanın; hakim Ədalət və İnkişaf Partiyasının (AKP), anamüxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) və Milliyətçi Hərəkat Partiyasının (MHP) nəzərdə tutulan 10%lik barajı aşaraq Türkiyə Böyük Millət Məclisində (TBMM) millət vəkili ilə təmsil olunacağı gözlənilir.
Separtçı kürlərin dəstəklədiyi Xalqın Demokratiya Partiyasının (HDP) isə 10% səs toplaya bilməsi şübhə altındadır. Bundan əvvəlki seçkilərdə HDP üzvləri öz bölgələrindən müstəqil namizəd olmuş və seçildikdən sonra TBMM-də vahid tavan altında toplanaraq öz fraksiyalarını yaratmışdılar. Bu təqdirdə sabahkı seçkinin HDP üçün riskli olacağını güman etmək olar.


Şərhlər