“Brent neftin barrelinin qiyməti İraq və İranın hasilatlarını artırmağa hazırlaşması ilə ilin sonunda ucuzlaşacaqdır”.
Bunu OPEC-in keçmiş araşdırma direktoru Hassan Qabazard, bildirib.
2006-2013-cü illər ərzində OPEC-in tədqiqat departamentinə rəhbərlik etmiş Qabazard, “Brent nefti 2015-in 4-cü rübündə 40 dollar ilə 50 dollar aralığında olacaq” - deyib və "2015-in 4-cü rübünün gerçək bir test olacağını” sözlərinə əlavə edib.
OPEC-in Vyanada keçirdiyi iclasda hasilat kvotasının azaldılmamasına qərar verməsinin ardından neftdə qlobal təklif artıqlığının səngiməsinə baxmayaraq yüksək səviyyəsini qoruyur.
Neft 2015-ci ildə 11 faiz bahalaşıb. Hazırda Brent neftin barrelinin qiyməti 63 dollar ətrafındadır. /"Marja"


Şərhlər