"Yunanıstan hökuməti pensiyaların azaldılmasını nəzərdə tutan məntiqsiz təklifə boyun əyməyəcəkdir".
Bunu Yunanıstanın Baş naziri Alexis Tsipras bildirib.
Tsipras, sözügedən təklif haqqında "Bunun pis bir bazarlıq həmləsi olduğuna və geri götürüləcəyinə inanmaq istəyirəm" - deyib.
Yunanıstanın Baş naziri, ölkəsinin daha çox fond əldə etməsi qarşılığında kreditorların təqdim etdiyi təkliflərin qəbul edilməsi şərtinin qeyri-real olduğunu ifadə edib.
Afinada Yunanıstan parlamentində çıxış etmiş Tsipras, kreditorlar tərəfindən edilən son təklifin "xoş olmayan sürpriz" olduğunu deyib.
Baş nazir Tsipras, Almaniya Kansleri Angela Merkel və Fransa Prezidenti Fransua Hollanda yeni bir xilasetmə planını müzakirə etmək üçün görüş müraciəti edib. /"marja"


Şərhlər