Bu gecə Abşeron rayonunda dəhşətli qətl hadisəsi baş verib. Anspress-in məlumatına görə, Saray qəsəbəsində yaşayan, qəsəbə bələdiyyə sədri və onun həyat yoldaşı amansızcasına öldürülüb.
Hadisə bələdiyyə sədrinin evində olub. Bələdiyyə sədri, 1976-cı il təvəllüdlü Vəfadar Əbdülhəsənov və onun həyat yoldaşı 1976-cı il təvəllüdü Vəsilə Əbdülhəsənova bu gecə qətlə yetirilib. Onların boğazında və bədəninin bir neçə nahiyyəsində bıçaq xəsarətləri olub.
Hadisəni törədən 1980-cı il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Artıq polisin keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
İlkin ehtimala görə, hadisə şəxsi münaqişə zamanı qeydə alınıb. Mübahisə torpaq üstündə olduğu ehtimal olunur.
Bələdiyyə sədri Vəsilə Əillhəsənova və onun həyat yoldaşı Vəfadar Əbillhəsənovun qətlində şübhəli bilinən daha bir nəfər saxlanılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Vüqar Hüseynov adlı şəxs tutulub. O, bundan əvvəl tutulmuş 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynovun qardaşıdır.
V.Hüseynov ifadəsinin alınması üçün Abşeron Rayon Prokurorluğuna aparılıb. Onun baş verən cinayətdə əlinin olub-olmaması araşdırılır. ( "Report")
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Şərhlər