Menu

Rusiya II Avropa Oyunlarından imtina etdi

12.06.2015, 17:56
Rusiya II Avropa Oyunlarından imtina etdi

Rusiya 2019-cu ildə II Avropa Oyunlarının keçirilməsi məsələsini nəzərdən keçirmir. Bu barədə Trend-ə Rusiyanın idman naziri Vitali Mutko deyib.

O bildirib ki, buna səbəb 2021-ci ilədək təqvimlərinin sıx və gərgin olmasıdır: “Bildiyiniz kimi, Konfederasiyalar kuboku və futbol üzrə dünya çempionatına ciddi hazırlıq gedir, buna görə hələlik II Avropa Oyunlarının keçirilməsi məsələsinə baxmırıq”.

Bakıda keçirilən I Avropa Oyunları barədə danışan V.Mutko yarışların yüksək səviyyədə keçəcəyinə əmin olduğunu dilə gətirib: “Hazırlıq yüksək səviyyədədir. İdman obyektləri, yerləşmə məkanları və digər infrastrukturların hamısı peşəkarcasına, ən əsası isə ürəklə həyata keçirilib. Əminəm ki, Oyunlar ən yüksək səviyyədə keçiriləcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol