Menu

Yunanıstanla danışıqlar uğursuz olub

15.06.2015, 13:27
Yunanıstanla danışıqlar uğursuz olub

Xarici KİV-in yaydığı məlumata görə, Yunanıstan hökuməti ilə beynəlxalq kreditorlar arasında aparılan danışıqlar uğursuz olub. Bu barədə məlumatı Avropa komissiyasının mətbuat xidməti, qurumun sədri Jan-Klod Yunker Brüsseldəki danışıqları dayandırandan dərhal sonra yayıb (Rosbalt).

Mətbuat xidmətinin bəyanatına görə, danışıqların gedişi zamanı iyunun 14-də bəzi nəticələrə nail olunsa da, hələlik Afinanın planları ilə Yunanıstanda islahatların aparılması məsələsi ilə bağlı kreditorların tələbləri arasında əhəmiyyətli fərqlər qalmaqdadır.

Yunanıstan hakimiyyətinin ehtimalları Afinaya gələcək yardımların göstərilməsi məsələsində razılaşmanın əldə olunması üçün yetərli hesab olunmayıb. Beləliklə, bəyanatda qeyd olunduğu kimi, danışıqların yeni raundu Avroqruplar səviyyəsində keçiriləcək.

«Reuters» agentliyinin məlumatına görə, Avrozona ölkələri maliyyə nazirlərinin növbəti görüşü iyunun 18-də Lüksemburqda başlanacaq.

Bununla belə, Jan-Klod Yunker əmindir ki, Yunanıstanın iflas olmasından yayınmaq üçün hələ də imkanlar qalır və iyunun sonuna qədər problemin həllini tapmaq mümkün olacaq. Avrokomisiyanın sədri hesab edir ki, bunun üçün Yunanıstan hökuməti islahatların aparılması məsələsində böyük canatma və siyasi iradə nümayiş etdirməlidir.

Xatırladaq ki, bundan əvvəl Yunanıstanın maliyyə naziri Yanis Varufakis bəyan edib ki, Yunanıstan avrozonadan çıxacağı təqdirdə kreditorların itkiləri 1 trilyon avronu aşa bilər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol