Menu

“İkar” asteroidi Yer kürəsinə yaxınlaşır

16.06.2015, 15:46
“İkar” asteroidi Yer kürəsinə yaxınlaşır

Bu gün “İkar” asteroidi Yer kürəsinə çox yaxınlaşacaq. Lakin bu, təhlükəli olmayacaq.

APA-nın xəbərinə görə, bu barədə NASA-nın yaydığı məlumatda deyilir.

“İkar”ın Yer kürəsi ilə yaxınlaşmasının Bakı vaxtı ilə 17.39-da müşahidə olunacağı gözlənilir. Asteroidlə planetimiz arasındakı məsafə 8 mln. km təşkil edəcək. Bu, Yer kürəsi ilə Ay arasındakı məsafədən 21 dəfə çoxdur.

“İkar” Yer kürəsinə hər 9, 19 və 38 ildən bir yaxınlaşır. Növbəti yaxınlaşma 2090-cı ilin 14 iyun tarixində baş verəcək. Həmin vaxt Yer kürəsi ilə asteroid arasındakı 6,5 mln. km təşkil edəcək.

Qeyd edək ki, “İkar”ın diametri 1 kilometrə yaxındır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol