Bu gün Azərbaycan Badminton Federasiyasının (ABF) İcraiyyə Komitəsinin toplantısında prezident seçkiləri keçirilib. SalamNews xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov ABF-nın prezidenti seçilib. Toplantıda çıxış edən Mikayıl Cabbarov, Azərbaycanda idmana dövlət səviyyəsində yüksək qayğı göstərildiyini deyib.
Yeni vəzifəsində səylə çalışacağını deyən nazir qısamüddətli perspektivdə ölkədə gənclər və uşaqlar arasında badmintonun populyarlaşması istiqamətində fəaliyyət göstərəcəyini deyib: "Müxtəlif beynəlxalq yarışlarda milli komandamızın iştirakının təmin edilməsi, bununla da ortamüddətli perspektivdə gələcək nailiyyətlər üçün zəmin yaradılması fəaliyyətimizin əsas məqsədidir".


Şərhlər