Menu

Mursi məhkəməyə edam paltarı ilə gətirildi - FOTO

22.06.2015, 09:35
Mursi məhkəməyə edam paltarı ilə gətirildi - FOTO

Məhkəmədə müttəhimlərin saxlanıldığı şüşə qəfəsə girərkən digər məhkumlar keçmiş prezidentə öz dəstəklərini ifadə ediblər.

Misirin hərbi dövlət çevrilişi ilə vəzifəsindən uzaqlaşdıerılan prezidenti Muhamməd Mursi ötən gün keçirilən məhkəməyə qırmızı edam paltarı ilə aparılıb. Anspress-in məlumatına görə, məhkəmədə müttəhimlərin saxlanıldığı şüşə qəfəsə girərkən digər məhkumlar keçmiş prezidentə öz dəstəklərini ifadə ediblər. Məhkumlar, “Sənin həbs olunmağın vətəni azad edəcək”, “Prezident Mursi”, “Leqal prezident Mursi” – kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, Misir həbsxana nizamnaməsinə görə, barəsində heç bir hökm verilməyən məhkumlar prosesə ağ, hökm verilənlər mavi, edam məhkumları isə qırmızı paltarda çıxarılırlar.

Xatırladaq ki, “Müsəlman Qardaşlar” partiyasının namizədi kimi Misirin prezident seçilən Muhamməd Mursi xuntaçı general Əbdülfəttah Sisinin həyata keçirdiyi hərbi dölət çevrilişi ilə vəzifəsindən uzaqlaşdırılaraq həbs olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol