Menu

"Bezmişəm, nə qədər təpki olar?” - Aytən efirə çıxmadı

22.06.2015, 13:22
"Bezmişəm, nə qədər təpki olar?” - Aytən efirə çıxmadı

ANS telekanalının ən təcrübəli əməkdaşlarından olan Aytən Səfərova bu gün yenə efirə çıxmayıb.

Publika.az xəbər verir ki, “Salam Azərbaycan” verilişinin aparıcısı işlədiyi şirkətdə ona qarşı basqılardan şikayətçidir. Bu haqda məşhur xanım telejurnalist özü sosial şəbəkədə status paylaşıb:“Allah mənə səbir və bəzilərinə qarşı güclü immunitet versin. Bezmişəm. Yorulmuşam. Nə qədər təpki olar?”

Aytən Səfərovanın statusu sosial şəbəkədə əməlli başlı müzakirəyə səbəb olub. Əksər şərh yazanlar telejurnalistə sevgisini bildirib.

İzləyiciləri ilə fikir mübadiləsi aparan Aytən Səfərova xaraktercə dəyişməz olduğunu və kimsəyə görə fikrindən dönməyəcəyini bildirib.

Digər diqqətçəkən məqam isə Babayev adlı istifadəçinin “Aytən, nə edirsən et, ANS-dən getmə” şərhinə Səfərovanın cavabı olub. Belə ki, aparıcı bu xahişə “...” işarəsi qoymaqla kifayətlənib.

Aytən Səfərovanın statusu və həmin işarəsi onun bu gün aparıcısı olduğu “Salam, Azərbaycan!” verilişinin efirinə çıxmamasının səbəbini izah edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol