Menu

Azərbaycan Ordusunun iki hərbçisi itkin düşüb

23.06.2015, 22:08

Operation Slipper AfghanistanOnların dağ-meşə şəraitində yolu azmaları və qarşı tərəfdə olduqları ehtimal edilir

Azərbaycan Ordusunun iki hərbçisi itkin düşüb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iyunun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, mövqe istiqamətində hərəkət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun dağ-meşə şəraitində yolu azmaları və qarşı tərəfdə olduqları ehtimal edilir.

Hazırda hadisə ilə bağlı axtarış və araşdırma tədbirləri həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol