Xarici KİV-in yaydığı məlumata görə, ABŞ və Avropa İttifaqı (Aİ) əvvəlki kimi Ukrayna münaqişəsinin həllini nəzərdə tutan Mins razılaşmasına tam əməl olunmasını Rusiyadan israrla tələb edir. Cümə günü yeni Amerika təhlükəsizliyi Vaşinqton qeyri-hökumət Mərkəzinin keçirdiyi illik konfransda bu mövqeyi ABŞ dövlət katibinin müavini Entoni Blinken bir daha təkrarlayıb (TASS).
Onun sözlərinə görə, ABŞ müasir dövrün çağırışları qarşısında «öz rolunu və məsuliyyətini» aydın başa düşür: «Biz dünyanın bütün problemlərini həll edə bilmərik. Həm də biz, bu problemlərin heç birini təkbaşına həll edə bilmərik. Amma biz, bütün ümumi təhlükələrə qarşı Amerikanın unikal səfərbərlik bacarığından istifadə etmək, dünya ictimaiyyətini öz ardınca aparmaq və bu təhlükələrə qarşı durmaq qabiliyyətindən istifadə edirik».
Onun fikrincə, deyilənlər Ukraynanın şərqinə də aiddir: «ABŞ və müttəfiqləri əvvəlki kimi, Ukraynaya dəstək vermək və Moskva tərəfindən Minsk razılaşmasına əməl edilməsinə nail olmaq istiqamətində möhkəm birlik əzmindədir...».
Onun sözlərinə görə, ABŞ alyansa üzv ölkələri müdafiə etmək, Ukraynanı dəstəkləmək və Ukraynadakı davranışına görə, Rusiyanı cəzalandırmaq məsələsində NATO-nun öhdəliklərini canlandırıb.
Bununla bərabər, Blinken Rusiyanın Ukraynadakı davranışları ilə Pekinin Cənubi Çin dənizindəki hərəkətləri arasındakı paralellərə diqqət yönəldib: «Ukraynanın şərqində də, Cənubi Çin dənizində də biz birtərəfli qaydada və məcbur etmək yolu ilə mövcud status-kvonu dəyişdirməyə yönəldilmiş cəhdləri görürük.» Onun fikrincə, Çin Xalq Respublikası (ÇXR) və Cənubi Çin dənizində ərazi mübahisələrinin digəri iştirakçıları provakasion hərəkətlərə son qoymalı və fikir ayrılıqlarını qanunların aliliyi prisipi əsasında həll etməlidirlər.
AzPolitika.info


Şərhlər