Menu

“Mançester “Avropa Oyunları-2023”ə namizədliyini irəli sürə bilər”

28.06.2015, 10:40
“Mançester “Avropa Oyunları-2023”ə namizədliyini irəli sürə bilər”

“2019-cu ildə keçiriləcək Avropa Oyunlarına ev sahibliyinə artıq dörd ölkənin namizədliyi irəli sürülüb”

“Mançester Avropa Oyunları-2023-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürə bilər”.

APA-nın məlumatına görə, bu sözləri BBC-yə müsahibəsində Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib. P.Hikki həmçinin 2019-cu ildə keçiriləcək Avropa Oyunlarına ev sahibliyinə artıq dörd ölkənin namizədliyini irəli sürdüyünü qeyd edib: “Faktiki olaraq, 2023-cü ildə Avropa Oyunlarının Mançesterdə keçirilməsi ilə bağlı qərarın dəqiqləşdirilməsi üçün Mançesterdən müşahidəçilər Bakıya gələrək Oyunları müşahidə ediblər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol