Menu

Güclü külək, 40 dərəcə isti - SABAH

30.06.2015, 12:40

1402653049_hava1İyulun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən lent.az-a verilən məlumata görə, sabah ölkə ərazisində şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 20-25 dərəcə, gündüz 35-40 dərəcə, dağlıq rayonlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol