Menu

Rusiya təyyarəsi Finlaniyanın hava sərhədlərini pozub - İTTİHAM

09.07.2015, 22:56
Rusiya təyyarəsi Finlaniyanın hava sərhədlərini pozub - İTTİHAM

Xarici KİV-lər bu gün Finlandiya sərhəd mühafizə xidmətinin yaydığı məlumata istinadla xəbər verirlər ki, Rusiya hərbi-hava qüvvələrinə məxsus təyyarə iyunun 26-da ölkənin hava sərhədini pozub (İnterfaks.ru).

Sərhəd xidmətinin məlumatına görə, İL-76 nəqliyyat təyyarəsi Finlandiyanın hava məkanında 53 saniyə uçub və ölkə ərazisinin 1,16 kilometr dərinliyinə girib. Rusiya təyyarəsini «tanımaq üçün» Finlandiya hərbi-hava qüvvələrinin «F-18 Homet» qırıcı təyyarəsi havaya qalxıb.

Sərhəd xidməti təsdiqləyir ki, ölkənin hava məkanına daxil olmazdan əvvəl Rusiya təyyarəsi beynəlxalq hava məkanında qərb istiqamətinə uçub.

Təyyarənin transponderi işlək vəziyyətdə olub və Finlandiyanın hava sərhədini pozduğu barədə ekipaja xəbərdarlıq edilib. Radio vasitəsilə ekipaj ölkənin hava məkanını tərk etmək barədə xəbərdarlıq alsa da, sorğulara cavab verməyib.

Sərhəd pozuntusunun səbəbi hələlik məlum deyil. Sərhəd xidmətinin təsdiq etdiyinə görə, həmin gün hava şəraiti və havada hərəkət sərhəd pozuntusuna səbəb ola bilməzdi.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol