Menu

Günün ramazan təqvimi: 10 iyul

10.07.2015, 02:16
Günün ramazan təqvimi: 10 iyul

İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə!

23-cü günün duası: Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin".

"İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xilas et! Ey günahkarların xətasına göz yuman Allah!"

Ayə: “Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sübh, günorta, ikindi, axşam və gecə namazlarını qılın!) Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər!). Allah möminlərə rəhm edəndir!” /Əhzab - 41,42,43/

Hədis: "Cənnət anaların ayaqlarının altındadır."

Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi internet saytından götürülüb.

P.S. Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.

Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr:

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şəbran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənləran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Merneulli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +18, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol