Menu

"Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulur" - Putin

10.07.2015, 14:15
"Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulur" - Putin

Azərbaycan, Kamboca, Ermənistan və Nepal təşkilat üzrə tərəfdaş qismində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulurlar.

RİA Novosti-nin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O, ŞƏT dövlət başçıları şurasının geniştərkibli iclasını giriş sözü ilə açarkən bildirib ki, bu ölkələr dialoq üzrə tərəfdaş qismində ŞƏT ailəsinə qoşulurlar: "ŞƏT-in işində iştirak etmək arzusunda olan digər dövlətlər də var". /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol