Menu

Həmsədrlərin regiona səfərinin vaxtı açıqlandı

10.07.2015, 17:06
Həmsədrlərin regiona səfərinin vaxtı açıqlandı

ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andrye (Fransa) və İqor Popovun (Rusiya) regiona səfərinin vaxtı açıqlanıb.

APA-nın məlumatına görə, xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, vasitəçilər iyulun 20-də Ermənistana, iyulun 21-də isə Azərbaycana səfər edəcəklər.

Qeyd edək ki, səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü hazırlamaqdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol