Müdafiə Nazirliyi Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-polkovnik Nəcməddin Sadıqovun oğlu Məhəmməd Sadıqovu qayda pozuntusuna görə saxladığı üçün işdən qovulduğu iddia edilən yol polisi əməkdaşı Cavanşir Qasımov bu gün mətbuata açıqlamasında hadisəyə aydınlıq gətirib.
O, aznews.az saytına qayda pozuntusuna yol verən avtomobil sahibi tərəfindən təhqir olunduğunu deyib.
Cavanşir Qasımovun bildirdiyinə görə hadisənin səhəri günü işə gələndə ona Bakı şəhər Baş Polis İdarəsində “sən neyləmisən, onun nömrəsinə baxmırsan ki... Niyə saxlamısan axı onu?”deyiblər.

“Vaqif müəllim, bir gün əvvəl əməkdaşınız olan polis haqqında bu cür danışmağınız doğrudurmu” sualına cavab olaraq “mən onu tanımıram” deyərək telefonunu söndürüb.


Şərhlər