Menu

Ermənilər etirazlarını müvəqqəti dayandırdı

12.07.2015, 19:55
Ermənilər etirazlarını müvəqqəti dayandırdı

Ermənistanın paytaxtı İrəvanda elektrik enerjisinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyası dayandırılıb. ANS TV-nin məlumatına görə, etirazçılar bu susqunluğun müvəqqəti olduğunu, mübarizələrini bundan sonra da davam etdirəcəklərini bəyan ediblər.

Onlar tələblərinin qüvvədə qaldığını, mitinqlərin isə yaxın günlərdə yenidən bərpa olunacağını deyib.

Fəallar iyulun 14-də ölkə Baş Prokurorluğunun qarşısında mitinq keçirməyi planlaşdırır.

İrəvanda etiraz aksiyaları iyunun 17-dən başlamışdı. Elektrik enerjisinin bahalaşması qərarına etiraz edən sakinlər öz hiddətlərini iki həftədən artıq küçələrdə bildirmişdilər.

Nümayişçilər etirazlarını, hətta aclıq aksiyası ilə də bildirmişdi. Ermənistanda baş qaldıran etiraz aksiyaları zorakılıqla dağıdılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol