İran prezidenti Həsən Ruhani yerinə yetirilməsi üçün İran XİN-ə və ölkənin atom enerjisi üsrə qurumuna nüvə danışıqları çərçivəsində İranın hüququnun müdafiəsi haqda qanunu imzalayaraq göndərib.
Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, qanun İran parlamenti tərəfindən iyunun 23-də qəbul edilib. Qanuna əsasən, Tehran beynəlxalq “altılıq”ın şərtlərini o halda qəbul edir ki, sanksiyalar həmin gündəcə aradan qaldırılsın. Bundan əlavə, məhdudiyyətlər İranın dinc nüvə proqramlarına şamil edilə bilməz.
Az öncə Tehranla “altılıq” arasında əksər texniki məsələlər və yekun alşmaya dair əlavələr üzrə razılığa gəlindiyi barədə xəbər yayılmışdı.


Şərhlər