Rusiya KİV-nin yaydığı məlumata görə, 2015-ci ilin yanvar-iyun aylarını əhatə edən dövrdə Rusiya Azərbaycan iqtiisadiyyatına investisiyaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə artıraraq, 221,9 milyon manata (212,3 milyon dollar) çatdırıb. Bu məlumatı Azərbaycan Respublikasının dövlət statistika komitəsi yayıb (TASS).
Məlumata görə, 2015 ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına qoyulan ümumi xarici investisiyaların həcmi 44,1 faizə qədər artaraq, 3,218 milyard manat (Mərkəzi bankın məzənnəsi ilə 3,1 milyard dollar) təşkil edib. Yatırılmış investisiyaların 88,5 faizi Böyük Britaniyanın, Norveçin, Rusiyanın, İranın, İsveçin, ABŞ-ın və Yaponiyanın payına düşür.
Bu zaman, əvvəlki illərdə olduğu kimi, Böyük Britaniya Azərbaycanın ən böyük investoru olaraq qalır. Onun ölkə iqtisadiyyatına kapital qoyuluşunun həcmi cari ilin birinci yarısında 1,03 milyard manat (1,0 milyard dollara yaxın) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 47,7 faiz çoxdur.
AzPolitika.info


Şərhlər