Menu

Pentaqon: “Horasan”-ın lideri məhv edilib

22.07.2015, 08:56
Pentaqon: “Horasan”-ın lideri məhv edilib

Suriyada fəaliyyət göstərən “Horasan” terror qruplaşmasının başçısı Mühsin əl-Fədli hava zərbəsi nəticəsində məhv edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Müdafiə nazirliyinin rəsmi nümayəndəsi Ceff Devis bəyan edib.

Onun sözlərinə görə, vaxtilə Usamə bin Ladenin yaxın çevrəsinə daxil olan əl-Fədli “Əl-Qaidə” qruplaşmanın hazırkı rəhbərlərindən biri olub.

Qeyd olunur ki, “Əl-Qaidə” ilə əlaqəsinə görə 2001-ci ildə Küveytdə məhkəməyə cəlb edilən əl-Fədli Çeçenistanda, səhra komandiri Əmir Xattabın dəstəsində vuruşduğunu etiraf edib.

Qeyd edək ki, ABŞ hökuməti əl-Fədlinin yeri haqda informasiya müqabilində 7 milyon dollar mükafat təyin etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol