Menu

Obama Keniyaya qayıdır

24.07.2015, 23:45
Obama Keniyaya qayıdır

ABŞ-nın prezidenti Barak Obamanın atasının vətəni Keniyaya 2 günlük rəsmi səfəri başlayıb. ANS PRESS-in məlumatına görə bu Obamanın prezident seçilməsindən sonra Keniyaya ilk səfəridir. ABŞ Prezidenti paytaxt Nayrobidə keniyalı həmkarı Uhuru Keniata ilə görüşəcək, daha sonra isə Afrikada sahibkarlıq mövzusunda keçiriləcək konfransa iştirak edəcək.

Biznesdən və investisiyalardan savayı səfər zamanı təhlükəsizlik və terrorizmlə mübarizə mövzularıda müzakirə olunacaq.

Keniyadan sonra ABŞ Prezidenti Efiopiyaya yollanacaq. Burda Obama Afrika İttifaqıqarşısında çıxış edəcək.

Keniyaya səfəri çərçivəsində isə ali qonağı təkcə rəsmi qəbullar gözləmir. Obamanın atasının dəfn edildiyi Koqelo kəndinə gələcəyi planlaşdırılır. Prezidentin 94 yaşlı nənəsi Sara Obama əmindir ki nəvəsi mütləq ona baş çəkəcək. O artıq Barak üçün şam yeməyinə nə hazırlayacağınıda düşünüb: toyuq və qoyun əti.

Sara Obama - Barak Obamanın nənəsi

Barak Obamanın ailəsi. Keniya

53 yaşlı Barak Hüseyn Obama ABŞ-ın 44-cü Prezidentidir. O, Afrika ölkələri Keniya və Efiopiyaya rəsmi səfər edən ilk ABŞ prezidenti kimi tarixə düşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol