Menu

Həbsdən çıxan iş adamı kredit borcunu ödədi - 9 milyon

25.07.2015, 11:24

Nizami-PiriyevBir müddət əvvəl həbs edilən iş adamı, “AzMeKo” şirkətinin rəhbəri Nizami Piriyev Azərbaycan Beynəlxalq Bankına olan kredit borcunu tam ödəyib.Bu barədə azvision.az-a şirkətdən məlumat verilib.

Bildirilib ki, zavodun qısa fəaliyyəti dövründə “AzMeKo” tərəfindən 193,231 ton məhsul istehsal edilib və 191,463 ton metanolun satışı həyata keçirilib.

Bu satışdan daxil olan ümumi vəsaitdən maya dəyəri, əməliyyat və kommersiya xərcləri çıxıldıqdan sonra qalan 9 milyon AZN vəsaiti "AzMeKo" şirkəti tam olaraq Azərbaycan Beynəlxalq Bankından alınan kreditlərin bağlanılmasına yönəldib.

Məlumatda o da qeyd olunur ki, "AzMeKo" şirkəti öz fəaliyyəti dövründə Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fonduna 75 milyon ABŞ dolları məbləğində vergi və rüsumlar ödəyib. Həmçinin, zavodun nəzərdə tutulan 20-illik fəaliyyəti dövründə mənfəət vergisindən əlavə olaraq ortalama illik vergi xərcləri 14 milyon AZN təşkil edəcək.

Xatırladaqki, bir müddət öncə N. Piriyev Azərbaycan Beynəlxalq Bankından götürdüyü kredit vəsaitlərini gecikdirdiyi üçün həbs edilmişdi. Daha sonra sərbəst buraxılan iş adamı mətbuata açıqlamasında kredit borclarının yarı hissəsini ödədiyi üçün azadlığa buraxıldığını söyləmişdi.

Onu da qeyd edək ki, Nəsib Piriyevin Beynəlxalq Bankla əlaqələri də metanol zavodunun tikintisi zamanı yaranıb. Zavodun tikintisinə Avropa Yenidənqurma və İnkişaf Bankı 120 milyon dollar kredit ayırıb. Bankın məlumatına görə, metanol zavodu layihəsinin ümumi məbləği 350 milyon dollardır. Qalan pulun Azərbaycan Beynəlxalq Bankından götürüldüyü bildirilirdi.

Ancaq son proseslərdə məlum oldu ki, Piriyev Beynəlxalq Bankdan zavodun tikintisi və digər məqsədlər üçün götürdüyü kreditləri qaytarmayıb. Buna görə də onun barəsində həbs-qətimkan tədbiri seçildi. Borcunun bir hissəsini ödədikdən sonra azadlığa buaxıldı.

Vaqif

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol