Menu

Qəbələdə meşə sahəsində güclü yanğın başlayıb - FOTOLAR

26.07.2015, 22:25
Qəbələdə meşə sahəsində güclü yanğın başlayıb - FOTOLAR

Bu dəqiqələrdə musavat.com-a daxil olan məlumata görə, Qəbələ rayonu ilə Ağdaş rayonu arasında olan ərazidəki taxıl sahəsində yanğın baş verib.

Yanğın qısa müddət ərzində geniş ərazini bürüyüb. Nəticədə güclü alov meşə sahəsinə də keçib. Alov sahəsi o qədər böyükdür ki, ətraf əraziləri də tüstü bürüyüb. Hazırda yanğın davam edir. Yanğının nə səbəbdən baş verməsi haqda hələ ki, məlumat yoxdur.

Hadisə yerindən olan fotoları sizlərə təqdim edirik:

[gallery size="large" ids="138968,138969,138970"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol