Polis Taksim meydanını nəzarətə götürüb, əhali zonadan uzaqlaşdırılıb.
Türkiyənin İstanbul şəhərinin Taksim meydanında tapılan şübhəli bir çanta çevrədə çaxnaşmaya səbəb olub, əhali çantanın içində bomba olduğunu düşünüb.
Anspress-in məlumatına görə, yerli vaxtla saat 17.30-da (Bakı vaxtı ilə 19:30-da) aşkar edilən çanta təhlükəsizlik qrupu tərəfindən nəzarətə götürülüb. Əhali zonadan uzaqlaşdırılıb. Bombanı məhv etmək üçün xüsusi qruplar şübhəli çantanın yanına gəliblər.
Taksim meydanında aşkar edilən çanta
Saat 18:08 (Bakı vaxtı ilə 20:08-da) radələrində isə şübhəli çanta partladılaraq təhlükəsiz vəziyyətə gətirilib. Çantanın içində nə olduğu hələ məlum deyil.
Əhali hadisə yerindən uzaqlaşdırılıb
Partlayışdan sonra vətəndaşlar polisi alqışlayıb. Bomba məhvi mütəxəssisi çantanın boş olduğunu müəyyən edib. Buna baxmayaraq, polis sahəyə girməyə çalışan vətəndaşları geri qaytarıb.
İyulun 20-də Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda 32 nəfərin həyatını itirməsi, 104 nəfərin isə yaralanması ilə nəticələnən terror aktından sonra Türkiyənin əhalisi həddindən artıq diqqətli olmağa çalışır.
Suruç terrorundan sonra - meyitlərin üstü qəzetlə örtülüb


Şərhlər