Menu

Kerri Yaxın Şərqə gedir

28.07.2015, 11:39
Kerri Yaxın Şərqə gedir

ABŞ Dövlət katibi Con Kerri gələn həftə Misirə və Fars Körfəzinə səfər edərək İran sazişi, İslam Dövləti yaraqlıları ilə mübarizə üzrə danışıqlar aparacaq.

Kerry avqustun 2-də Qahirədə ABŞ-Misir Strateji dialoquna qatılacaq. Avqustun 3-də isə Dohada Fars Əməkdaşlıq Şurasıyla görüşəcək. Şuraya Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərui, Bəhreyn, Küveyt, Oman və Qətər daxildir.

Kerry Dohada rusiyalı həmkarı Sergei Lavrov ilə də görüşəcək. Kerry-nin sözlərinə görə, onlar İD-lə mübarizə, Suriya müharibəsi və İranın rolundan danışacaqlar.

Yaxın Şərqdən sonra Kerry-nin cənubşərqi Asiyaya bir həftəlik səfəri gözlənir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol