Menu

Neft fondu 103 milyon dollar itirdi

30.07.2015, 13:47
Neft fondu 103 milyon dollar itirdi

Dövlət Neft Fondu (ARDNF) dünya bazarında qızılın ucuzlaşması nəticəsində təxminən 103 milyon dollar itirib.

2014-cü ilin sonunda Neft Fondu 30 ton qızıl yığıb. Bu, onun aktivlərinin 5%-i qədər olmalı idi. 1 iyul 2015-ci il üçün Fondun aktivləri əvvəlki ilə nisbətən 3,56% azalaraq 35,78 milyard dollar olub.

Strateji qızıl ehtiyatı yaradılması barədə qərar 2011-ci ildə qəbul edilib, 2011-ci ilin sonunda Azərbaycan Mərkəzi Bankında 28,4 milyon dollar məbləğində 513,6 kq qızıl saxlanılırdı. Hökumət o vaxt qeyd edirdi ki, qızılın qiymətinin əhəmiyyəti yoxdur, məqsəd strateji qızıl ehtiyatı yaratmaqdır.

2014-cü ilin martında ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov məlumat verib ki, qızılın 1 Troya unsiyası (31,1 qram) 1200 dollara alınıb. Beləliklə, Fond qızıl ehtiyatına 1 milyard 157,5 milyon dollar xərcləyib. 28 iyul 2015-ci ildə qızılın unsiyası Forex-də 1093 dollar olub. Bugünkü qiymətlə qızıl ehtiyatı 8,9% və ya təxminən 103 milyon dollar ucuzlaşaraq 1 milyard 54,2 milyon dollar təşkil edib. /"Turan"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol