Bu gün iyulun 30-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% artaraq 1,0495 manata yüksəlib.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0026 manat və ya 0,23% azalaraq 1,1488 manat olub.
| Valyuta | Məzənnə, manat |
| 1 ABŞ dolları | 1,0495 |
| 1 Avro | 1,1488 |
| 1 Rusiya rublu | 0,0176 |
| 1 Türkiyə lirəsi | 0,3771 |

Şərhlər