Nigeriya ordusu "Boko Haram" terror qruplaşması tərəfindən girov götürülən 178 nəfərin azad edilməsi barədə məlumat yayıb.
Xüsusi əməliyyat üsyançıların qərarlaşdığı Borno ştatında həyata keçirilib. Hərbçilərin sözlərinə görə, azad edilənlər arasında 101 uşaq və 67 qadın var. Bundan əlavə yaraqlıların komandiri ələ keçirilib və terrorçuların Bama şəhəri ətrafında yerləşən hazırlıq düşərgələri ləğv edilib.
Əməliyyatda Nigeriyanın Hərbi hava Qüvvələri də iştirak edib.


Şərhlər