Menu

ABŞ-ın 2030-cu ilə olan planı

04.08.2015, 18:13
ABŞ-ın 2030-cu ilə olan planı

Amerika prezident Barak Obama ABŞ-ın Təmiz Enerji Proqramını alqışlayıb və deyib “Amerikanın vacib addımları həmişə qlobal dəyişikliyə qarşı olub”.

Prezident Obama avqustun 3-də atmosferin çirklənməsi haqqında planı elan edərkən, iqlim dəyişikliyini dövrün ən aktual problemi adlandırıb.

Təmiz Enerji Proqramı ABŞ-da kömürlə işləyən elektrik stansiyalarının buraxdığı çirkli qazları təmizləməyi nəzərdə tutur.

“Heç bir problem bizim və gələcək nəsillərimiz üçün iqlim dəyişikliyi qədər təhlükəli deyil, bu elə bir şeydir ki, biz onun həlli üçün gecikirik"-deyə Obama əlavə edib.

ABŞ 2030-cu ilə qədər havadakı çirkli qazların miqdarnı 32 faiz azaltmağı planlayır. /"Azadlıq" radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol