Rusiya KİV-nin məlumatına görə, ölkənin Volqaqrad, Saratov, Samara, Orenburq və İrkutsk vilayətlərində, «Zabaykalye» diyarında, Tuvada, Buryatda və Kalmıkda quraqlıqdan məhv olmuş əkinlərin ümumi sahəsi 1,7 milyon hektara yüksəlib. Bu bölgələrdə fovqəladə hal rejimi tətbiq olunub (İnterfaks.ru).
İki həftə bundan əvvəl Kənd təsərrüfatı nazirliyi (KTN) quraqlıqdan məhv olmuş əkinlərin ümumi sahəsini 1,5 milyon hektar həcmində qiymətləndirmişdi.
Quraqlıqdan kənd təsərrüfatı məhsulları istehsalçılarına dəyən zərərin həcmi 7,6 milyard rubl səviyyəsində qiymətləndirilir.
KTN Bitkiçilik departamentinin direktoru Pyotr Çekmaryov hesab edir ki, zərər çəkmiş bölgələrdə «gələn il üçün» əkin planının müəyyən edilməsi və toxum materialı ilə təmin olunma zamanı situasiya diqqətlə analiz olunmalı və məlumatlar nazirliyə təqdim edilməlidir.
Nazirlik regionlarla birlikdə qısa zamanda dəymiş zərəri qiymətləndirmək və zərərə görə kompensasiyanın müəyyən olunması üçün hökumətə təkliflər vermək niyyətindədir.
AzPolitika.info


Şərhlər