Menu

Qərb Rusiya neftindən imtina edir – Kreml üçün öldürücü ssenari

09.08.2015, 00:05
Qərb Rusiya neftindən imtina edir – Kreml üçün öldürücü ssenari

Moskvaya qarşı hazırkı sanksiyalar arzu edilən effekti vermir, Kremli durdurmaq üçün Qərb Rusiya enerji resurslarının Avropa Birliyinə ixracını məhdudlaşdıracaq. Musavat.com-un məlumatına görə, bu barədə “Newsweek” jurnalı xəbər verir.

Qeyd edilir ki, Rusiyadan neft alqısına qadağa bu ölkənin iqtisadiyyatına ciddi zərbə olacaq, çünki Rusiya büdcəsinin 40%-i xam neftin satışından əldə olunan gəlirlər hesabına formalaşır.

“Və əgər Moskva cəza kimi ölkənin SWİFT beynəlxalq bank ödəmə sistemindən uzaqlaşdırılmasına qarşı hansısa ehtiyat varianta malikdirsə, Avropa Birliyinin neft embarqosu Kremlin asan aşa bilməyəcəyi fiziki maneə olacaq” – nəşr vurğulayır.

Müəlliflərə görə, Avropa Birliyi nefti tankerlər vasitəsilə başqa ölkələrdən də ala bilərlər. Moskva da təzə tərəfdaşlar tapa bilər, ancaq o, loqistik və infrastruktur problemləri ilə üzləşəcək ki, onların həllinə də bir neçə il sərf olunacaq.

AB belə bir embarqodan ən çox ziyan çəkəcək müəssisələrə onlara xüsusi kömək təklif eləməklə kompensasiya ödəyə bilər. Rusiya ixrac neftinə tam qadağa qoyulması Kremlə güclü bir siqnal olacaq və onun Avropa Birliyindən asılılığını nümayiş etdirəcək.

Bu təklif artıq Vaşinqtonda bəyənilib. Amerika neftinin dünya bazarına çıxması neft embarqosunun AB-yə təzyiqini azaldar və Rusiya üçün yeni satış bazarı axtarışınını çətinləşdirərdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol