Menu

Türkmənistan təyyarələrinə Ukraynaya uçmaq icazəsi uzadıldı

18.08.2015, 00:28
Türkmənistan təyyarələrinə Ukraynaya uçmaq icazəsi uzadıldı

Ukrayna KİV-nin məlumatına görə, bu ölkənin Dövlət aviasiya xidməti «Türkmənhavayolları» avaiaşirkətinin təyyarələrinin Kiyev-Aşxabad marşrutu üzrə uçuşlarının icazəsini avqustun 23-ə kimi uzadıb. Bu barədə məlumatı Ukrayna infrastruktur nazirliyi yayıb (Rosbalt).

Nazirliyin mətbuat xidmətində onu da qeyd ediblər ki, Ukrayna və Türkmənistan arasında aviasiya əməkdaşlığı məsələsi diplomatik səviyyədə həll olunacaq.

Avqustun 23-ə qədər hər iki tərəfdən sərnişin dayışan şirkətlər üçün paritet şəraitin yaradılması imkanlarının öyrənilməsi planlaşdırılır. Bu zaman, Ukrayna və Türkmənistan hökumətləri arasında avviasiya sahəsində əməkdaşlıq barədə bağlanmış saziş əsas götürüləcək.

Bundan əvvəl xəbər verilmişdi ki, Ukrayna dövlət aviasiya xidməti Türkmənistanın «Türkmənhavayolları» milli avişirkətinə avqustun 16-dan başlayaraq, Kiyev-Aşxabad reysini həyata keçirməyi qadağan edib. Ukrayna dövlət aviasiya xidməti bəyan etmişdi ki, həmin vaxta qədər Türkmənistan tərəfi «Ukrayna beynəlxalq aviaxətləri» şirkətinə Kiyev-Aşxabad marşrutu üzrə reysləri həyata keçirmək üçün müvafiq icazəni verməyib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol