Xarici KİV-in məlumatına görə, rəsmi Pxenyan Cənubi Koreyadan ABŞ-la birgə «Ulchi Freedom Guardian» hərbi təlimləri dayandırmağı tələb edib. Bu barədə «Hodon sinum» qəzeti yazıb (TASS).
«Əgər birgə təlimlər dayandırılarsa, iki Koreyanın barışması və 1950-1953-cü illər müharibəsi nəticəsində ayrı düşmüş ailələrin görüşməsi üçün şərait yaradılacaq»-deyə, qəzet yazır.
Təqribən, 80 minə yaxın hərbi qulluqçunun iştirak etdiyi təlimlər ötən bazar ertəsi start götürüb.
Bundan əvvəl Koreya Respublikasının prezidenti Pak Kın He demişdi ki, ayrı düşmüş ailələrin görüşünü təşkil etmək məqsədilə Pxenyana təklif göndərib. Təklifə, görüşməyə namizəd olan 60 minə yaxın insanın siyahısı da əlavə olunub. Amma Koreya Xalq Demokratik Respublikasından rəsmi cavab gəlməyib.
AzPolitika.info


Şərhlər