Menu

ABŞ-da atışma: iki ölü, beş yaralı

20.08.2015, 11:29
ABŞ-da atışma: iki ölü, beş yaralı

Hadisənin baş vermə səbəbləri araşdırılır.

ABŞ-da Nyu-York ştatının qərbində Roçester şəhərində atışma zamanı iki nəfər ölüb, beş nəfər isə yaralanıb, bu barədə Assoşieyted Press agentliyi bildirib.

Oxu.az xəbər verir ki, agentliyin məlumatına əsasən hadisə çərşənbə günü “Boys and Girls Club” ictimai təşkilatının binasının yaxınlığında baş verib.

Həlak olanların kimliyi barədə məlumat daxil olmayıb.

Hadisə yerinə polis əməkdaşları gəlib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol