Menu

Yağış yağacaq

22.08.2015, 13:05

hava aprel yagis gun yasilSabah bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal edilir

Avqustun 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Temperatur gecə 19-22, gündüz 24-28 dərəcə olacaq.

Bölgələrdə əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Temperatur gecə 19-24, gündüz 26-31, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol