İranın havadan müdafiə qüvvələri ölkənin qərb sərhədlərindən ölkə ərazisinə daxil olmuş bir pilotsuz təyyarəni vuraraq yerə salıb.
SalamNews–un İRNA-ya istinadla verdiyi xəbərə görə, bu barədə İranın havadan müdafiə qərargahının Kermanşah bölməsinin komandiri polkovnik-leytenant Fərzad Firudini məlumat verib.
Mənbə bildirib ki, uçan pilotsuz aparat kəşfiyyat təyyarəsi olub və Kermanşah ərazisində vurulub.
Pilotsuz təyyarənin hansı ölkəyə aid olması ilə bağlı məlumat verilməyib.


Şərhlər