Menu

Kiyevdə nazir müavininin maşını atəşə tutulub

25.08.2015, 23:45
Kiyevdə nazir müavininin maşını atəşə tutulub

Kiyevin mərkəzində Ukrayna təhsil və elm nazirinin müavini İnna Sovsunun avtomobili atəşə tutulub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o "Facebook" sosial şəbəkəsində məlumat verib.

"Naməlum şəxslər yoldan nazirliyin qarşısında duran xidməti maşınımı atəşə tutublar. Mən həmin zaman öz kabinetimdə idim, maşında sürücü olub. Güllələrdən biri onun düz başının üstündən keçib. Qalanları arxa qapıya tuş gəlib", - deyə o bildirib.

"Hadisə yerinə polis gəlib, vəziyyəti araşdırır. Bunadək heç bir təhdid almamışam", - deyə Sovsun qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol