Menu

“Ukayna üçün defolt qaçılmazdır”- Beynəlxalq Reytinq Agentliyi

28.08.2015, 00:51
“Ukayna üçün defolt qaçılmazdır”- Beynəlxalq Reytinq Agentliyi

Beynəlxalq Reytinq Agentliyi Fitch Ukraynanın uzunmüddətli defolt reytinqini CC-dən C-yə endirib. Qurum bunu rəsmi Kiyevin dövlət borcunun 20%-nin silinməsinə dair beynəlxalq kreditorlarla anlaşması fonunda edib. Musavat.com-un məlumatına görə, bu barədə agentliyin xəbərində deyilir.

C reytinqinin verilməsi Fitch klassifikasiyasına görə, borc öhdəliklərinin yerinə yetirilməsində defoltun qaçılmazlığını göstərir.

Fitch hesab edir ki, Ukraynanın borclarının restrukturlaşması kreditorların itkilərinə gətirir və qaçılmaz defolta aparır.

Borcun uğurlu restrukturlaşmasından sonra Ukraynanın reytinqinə təzədən baxılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol